Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib. Bu barədə Güləş Federasiyasından bildirilib.

 

Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

 

Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.