"Xankəndi" heyətini yeni müdafiəçi ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Son klubu "Cəbrayıl" olan Asif Məmmədovla mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, hazırda aktivində 39 xal olan və turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Xankəndi" qış fasiləsində Rauf Məhərrəmov, Qurban Məhərrəmov,  Elvin Nəsibov və Əli Mürsəlovu 2rənglərinə bağlayıb",  Zaur Hacıyevi isə "sükan arxasına" dəvət edib.