"Bavariya"da ciddi itki baş verib. Sport24.az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Yosip Stanişiç zədələnib.
O, ötən gün komandanın məşqində sıradan çıxıb.
25 yaşlı xorvatiyalı top uğrunda mübarizə apararkən Conatan Ta ilə toqquşub. Bu epizoddan sonra Stanişiç məşqi erkən bitirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, müdafiəçi bu mövsüm Münhen təmsilçisinin heyətində 20 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.