"Genk"in hüçumcusu Oh Hyun-Gyu "Beşiktaş"a keçmək üzrədir. Sport24.az xəbər verir ki, bu barədə "Chosen" məlumat yayıb.

"Qara qartal" 24 yaşlı koreyalı futbolçu üçün 15 milyon avro ödüyəcək. O, səhər saatlarında İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi imza atacaq.

Qeyd edək ki, Oh Hyun-Gyu bu mövsüm "Genk"in heyətində 28 rəsmi 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb