"Fənərbaxça"nın hücumçusu Yusif Ən-Nesiri "Əl-İttihad"a transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 

 

Tərəflər arasında razılaşmanın təfərrüatları açıqlanmayıb. "Transfermarkt"ın məlumatına görə, mərakeşlinin transferi "Əl-İttihad"a 15 milyon avroya başa gəlib.

 

"Yuventus" da En-Nesirinin transferi ilə bağlı danışıqlar aparıb. Lakin tərəflər razılığa gələ bilməyiblər. Mərakeşli Turin klubuna daimi əsasda qoşulmaq istəsə də, "Yuventus" futbolçunu icarəyə götürmüyi planlaşdırırdı.  

 

Qeyd edək ki, Ən-Nesir bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 27 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.