Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

 

Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə beş çəkidə 60, 67, 77, 87, 130 kq-da mübarizəyə start verilib.

 

Dörd çəkidə finalçılar müəyyələşib. 87 kq-da isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

 

60 kq

 

Maksut Cankurtaran (AHİTA) - Nihat Bəhmənov (UGİM-10)

 

67 kq

 

Roman Kərimov (DİN) - Murad Əliyev (AHİTA)

 

77 kq

 

Cavad Məmmədov (Neftçi) - Cavidan Nehmətov (AHİTA)

 

130 kq

 

Museyi Kazim Hüseyn (DİN) - Əli Bayramov (Sumqayıt-Təhsil)