"Fənərbaxça"nın futbolçusu Anderson Talişka zədələnib. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqanın 17-ci turunda "Eyüpspor"a qarşı keçirilmiş görüşdə sıradan çıxıb.

 

Onun sağ ayağının alt əzələsində gərginlik və qanaxma aşkarlanıb.

 

Klubun tibbi heyəti tərəfindən oyunçunun müalicəsinə başlanıldığı bildirilib. 

 

Talişkanın dekabrın 23-də "Beşiktaş"a qarşı ölkə kuboku matçında meydana çıxmayacağı dəqiqləşib.