"Turan Tovuz"un qapıçısı Oleq Baklov sosial şəbəkədə paylaşım edib. Sport24.az xəbər verir ki, Tovuz klubunun tacik qolkiperi instaqram səhifəsində belə yazıb:

 

"Futbol ili başa çatdı. Bizə inanan hər kəsə təşəkkür edirəm".

 

Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasında 16 oyundan sonra 27 xalla 5-ci pillədədir.