"Qalatasaray" icarə əsasında komandada çıxış edən Saça Boeyin transfer hüquqlarını almaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Müqavilə ilə "Bavariya"ya məxsus olan fransalı cinah oyunçusu İstanbulda qalmağa müsbət yanaşır.

 

"Qalatasaray" Boeyin transfer hüquqları üçün 15 milyon avro ödəməlidir.

 

Cinah müdafiəçisi bu mövsüm Super Liqada 8 oyunda 1 qol vurub.