"İnter" yayda heyətini yeni qapıçı ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, "neradzurra" "Qalatasaray"ın qolkiperi Uğurcan Çakır ilə maraqlanır.

 

Bu barədə "Bild" nəşri məlumat yayıb. A Seriyası klubu yayda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

 

Uğurcan bu mövsüm Super Liqada 26 oyunda 19 qol buraxıb.