Misli Premyer Liqasının 28-ci turunun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Neftçi" ilə qarşılaşır.

 

Hər iki komandanın azarkeşlərinin səbirsizliklə gözləyir. Turnir cədvəlində qonşu olan hər iki kollektiv bu yay avrokuboklarda çıxış etmək istəyir. Hazırda "Zirə" 44 xalla 4-cü, "Neftçi" isə 1 xal geri qalmaqla 5-ci yerdədir. Bu da bugünkü oyuna marağı bir qədər də artırır. "Qaratallar" qalib gələcəyi halda mövqeyini bir qədər də möhkəmləndirəcək. Qonaqlar evə 3 xalla dönəcəyi təqdirdə isə artıq avrokuboklara vəsiqə verən 4-cü pilləyə yüksələcək, çempionatın həlledici dönəmində psixoloji üstünlük yaxalayacaq.

 

Qeyd edək ki, turun digər görüşlər sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXVIII tur

19:30. "Zirə" - "Neftçi" 0:0 (Birinci hissə)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə. İdman Kompleksinin stadionu.

 

"Zirə": 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 11. Junior Martins

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi