Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 28-ci tura start verilir. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Sumqayıtda keçiriləcək.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edir. Hər iki komandanın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Qonaqlar böyük ölçüdə bu işin öhdəsindən gəlib. Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv bu görüş ərəfəsində 52 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və ən yaxın izləyicisi "Zirə"dən 8 xal öndədir. Nominal meydan sahiblərinin vəziyyət isə bir qədər çətindi. Naxçıvanlılar hazırda 39 xalla 6-cı yerdədir. Bu gün də xal və xallar itirəcəyi halda demək olar ki, Naxçıvan təmsilçisinin arzusu gözündə qalacaq.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVIII tur
17:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt. "SOCAR Polymer Arena".