Niderland millisinin baş məşqçisi Ronald Kuman Çempionlar Liqası matçlarında yaşanan hakim qərarları ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirdəki mübahisəli epizodları şərh edərkən diqqəti hakimlərdən çox futbolçuların məsuliyyətinə yönəldib.
Kuman bildirib ki, bənzər vəziyyətdə o, hakimdən öncə Eduardo Kamavinqanı tənqid edərdi:
"Əgər mən məşqçi olsaydım, futbolçuya daha çox əsəbiləşərdim. Hakimə də irad bildirərdim, amma oyunçu belə riskli vəziyyətdə topu itirməməli və ya saxlamamalıdır. Bu, qərarı hakimin ixtiyarına buraxmaq və taleyi riskə atmaq deməkdir".
O, həmçinin "Barselona"nın uğursuzluğuna görə bütün məsuliyyəti hakimlərin üzərinə atmasını doğru hesab etməyib:
"Məncə, bu oyunlarda yalnız hakimi günahlandırmaq bir az şişirtmədir. Komanda öz səhvlərinə də baxmalıdır".
Kuman, son vaxtlar tənqid hədəfinə çevrilən yetirməsi Frenki de Yonqun da müdafiəsinə qalxıb:
"Frenki meydanda olanda komandaya böyük təsir göstərir. Onun niyə bu qədər tənqid olunduğunu heç cür anlamıram. O, hələ də yüksək səviyyəli oyunçudur".