"Real" mərkəz müdafiəçisi Antonio Rüdiger ilə müqaviləni uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, alman futbolçunun "Kral klubu" ilə hazırkı müqaviləsi bu mövsümün sonunda bitir. Madridlilər ona 2027-ci ilin yayına qədər yeni müqavilə təklif edib. 

 

Bir neçə Avropa klubu vəziyyəti izləyir və 33 yaşlı futbolçu "Real" ilə razılığa gələ bilməsə, onu transfer etməyə hazırdır. Onların arasında "Yuventus"da var. Rüdiger "Roma"da Turin klubunun baş məşqçisi Luciano Spalletti rəhbərliyi altında çıxış edib. Bu üzdən Spalletti onu yenidən sərəncamında görmək istəyir. 

 

Qeyd edək ki, alman müdafiəçi bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 21 oyunda meydana çıxıb və bir qol vurub.