PSJ yarımmüdafiəçi Fabian Ruislə müqavilənin uzadılması barədə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözləörinə görə, 30 yaşlı futbolçunun yeni müqaviləsinin 2028-ci ilin yayına qədər uzadılacağı və daha bir müddətə artırmaq ehtimalının olduğu bildirilir.

 

Parislilər həmçinin müdafiəçi Villian Paço və yarımmüdafiəçi Joao Neveşlə 2030-cu ilə qədər yeni müqavilələr bağlamağa razılıq veriblər.

 

Fransa nəhəngi həmçinin hücumçu Usman Dembele, cinah oyunçusu Bredli Barkol və mərkəz müdafiəçisi Lukas Beraldo ilə müqavilənin uzadılması üzərində işləyir.

 

Qeyd edək ki, Fabian Ruis 2022-ci ildən PSJ-də çıxış edir. İspaniyalı bu mövsüm ibütün turnirlərdə 24 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.