Misli Premyer Liqasının 28-ci turunun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Neftçi" ilə qarşılaşır.
Hər iki komandanın azarkeşlərinin səbirsizliklə gözləyir. Turnir cədvəlində qonşu olan hər iki kollektiv bu yay avrokuboklarda çıxış etmək istəyir. Hazırda "Zirə" 44 xalla 4-cü, "Neftçi" isə 1 xal geri qalmaqla 5-ci yerdədir. Bu da bugünkü oyuna marağı bir qədər də artırır. "Qaratallar" qalib gələcəyi halda mövqeyini bir qədər də möhkəmləndirəcək. Qonaqlar evə 3 xalla dönəcəyi təqdirdə isə artıq avrokuboklara vəsiqə verən 4-cü pilləyə yüksələcək, çempionatın həlledici dönəmində psixoloji üstünlük yaxalayacaq.
Qeyd edək ki, turun digər görüşlər sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXVIII tur
19:30. "Zirə" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə. İdman Kompleksinin stadionu.