"Aston Villa"nın baş məşqçisi Unay Emeri Avropa Liqasında yarımfinala yüksəlmələrini şərh edib. Sport24.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis turniri qazanmaq istədiklərini deyib:

 

"Kuboku qazanmağın necə çətin olduğunu bilirəm. Amma bizim kimi klub üçün Avropada titul əldə etmək çox mühümdür. Məşqçilik karyeramda çox kuboklar qazanmışam. İndi "Aston Villa" ilə nələrsə əldə etmək istəyirəm".

 

"Aston Villa" final yolunda "Nottingem Forest"lə qarşılaşacaq.