"Çelsi" uzunmüddətli heyət planlaşdırma strategiyasını həyata keçirməyə davam edir.  Sport24.az xəbər verir ki, "zadəganlar"ın əsas yarımmüdafiəçisi Moyses Kaysedo klubun uzunmüddətli müqavilə təklifinə razılıq verib.

 

Ekvadorlu futbolçunun hazırkı müqaviləsi 2031-ci il iyunun 30-na qədərdir. Amma London klubunun rəhbərliyi şərtləri daha da yaxşılaşdıraraq, müddəti daha da artırmaq niyyətindədir. 

 

Yeni müqaviləyə əsasən, Kaysedo 2033-cü ilin yayına qədər "Çelsi"yə məxsus olacaq.

 

Ekvador millisinin üzvü "İndependiente"(Ekvador), "Brayton"(İngiltərə), "Beerşot"(Belçika) klublarında oynadıqdan sonra 2023-cü ildə "zadəganlar"la müqavilə imzalayıb.