Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən "Araz Naxçıvan" – "Turan Tovuz" (0:3) oyunundan sonra qonaqların baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mütəxəssis oyun barədə bunları deyib:
"Bugünki qələbəmiz çətin və əhəmiyyətli idi. İkinci hissəyə görə oyunçularıma təşəkkür edirəm. Çempionatın sonlarına yaxın çox vacib xallar qazandıq".