Lionel Messinin formasını geyindiyi MLS təmsilçisi "İnter Mayami"də Xavyer Maskeranodan boşalan baş məşqçi postu üçün dünya şöhrətli mütəxəssislərin adları hallanır. Sport24.az xəbər verir ki, aprelin 14-də klub rəhbərliyi 41 yaşlı mütəxəssis Maskerano ilə yolları ayırmaq qərarına gəlib.
Bu ayrılığa komandanın son iki oyunda xal itirməsi və gözlənilən performansı göstərə bilməməsi səbəb olub.
İspaniyanın "As" qəzetinin məlumatına görə, Devid Bekhemin rəhbərlik etdiyi klubun siyahısında iki əsas favorit var: Xavi və Marselo Qallardo.
Hələlik klub rəhbərliyi bu iki ad arasında yekun qərarını verməyib.
MLS-də geridə qalan 7 həftə ərzində "İnter Mayami" 3 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə Şərq Konfransında 12 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.