AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda I Liqanın XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
15 aprel 2026-cı il tarixində I Liqada XXII turun MOİK – "Zaqatala" oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
15 aprel 2026-cı il tarixində I Liqada XXII turun "Şahdağ Qusar" – "Cəbrayıl" oyununun 86-cı dəqiqəsində "Cəbrayıl" komandasının 12 nömrəli futbolçusu Andzuno Eli ikinci sarıdan qırmız vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Cəbrayıl" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
16 aprel 2026-cı il tarixində I Liqada XXII turun "Mingəçevir" – "Difai" oyununda meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Mingəçevir" komandası 900 manat cərimə edilsin (maddə 86.3);
16 aprel 2026-cı il tarixində I Liqada XXII turun "Səbail" – "Şimal" oyununda "Şimal" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Şimal" komandası 210 manat cərimə edilsin (maddə 43.1).