Misli Premyer Liqasının 28-ci turunda keçiriləcək "Zirə" – "Neftçi" oyunu komandaların çempionat tarixində 41-ci qarşılaşması olacaq.
Sport24.az xəbər verir ki, indiyədək baş tutan 40 görüşün 15-də "qartallar", 14-də isə "ağ-qaralar" qələbə qazanıblar. 11 matçda tərəflər meydanı bərabərliklə tərk edib.
Topların nisbətində cüzi üstünlük "Neftçi"nin tərəfindədir – 46:43.
Maraqlı məqam ondadır ki, Premyer Liqada bu rəqiblər arasında keçirilən son iki oyun heç-heçə ilə yekunlaşıb. Həmin görüşlərdən biri qolsuz başa çatıb, digəri isə 2:2 hesabı ilə bitib.
Ümumiyyətlə, "Neftçi" çempionatda son üç matçda "Zirə"ni məğlub edə bilməyib. "Ağ-qaralar"ın bu rəqib üzərində son qələbəsi 10 fevral 2025-ci ilə təsadüf edir – 2:1.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.