Massimiliano Alleqri mövsümün sonunda "Milan"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

 

Mütəxəssislə klub rəhbərliyi arasında anlaşılmazlıq var. Alleqri durumun dəyişməyəcəyi halda, yayda klubdan ayrılmağı nəzərdən keçirir.

 

"Milan" A Seriyasında 32 turdan sonra 63 xalla 3-cü sıradadır. Komanda lider "İnter"dən 12 xal geri qalır.