Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib. Sport24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov yarımfinalda türkiyəli Bilal Çiloğluna qalib gəlib.

 

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub edib.

 

Heydərov finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşacaq.