"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda "Sabah"la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib. Sport24.az xəbər verir ki, "atlılar" xanım azarkeşlərinin və stadiona "Qarabağ" forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı.

 

Yeni müraciətdə istənilən halda, oyuna gələrkən biletin olmasının vacibliyi vurğulanıb.

 

Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunursa, xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.

 

Aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Sabah" oyununa 19:30-da start veriləcək.