"Səbail"in geniş heyəti var və oyuna ciddi hazırlaşmışdıq. Qələbə qazanaraq turnir cədvəlində sonuncu pillədən qurtulmaq istəyirdik". Bu sözləri Sport24.az-a Birinci Liqa təmsilçisi "Şimal"ın oynayan baş məşqçisi Tural Cəlilov deyib.
Təcrübəli futbolçu komandasının ötən gün Birinci Liqanın 22-ci turunda "Səbail"ə məğlub olduğu oyun haqda fikirlərini bölüşüb:
"Qarşılaşmanın ilk dəqiqəsində qol buraxdıq və bu, planlarımızı pozdu. Daha sonra kifayət qədər hücumlarımız oldu, amma təəssüf ki, bunlardan yararlana bilmədik. Fikrimcə, bir az da bəxtimiz gətirmədi. İkinci hissədə qapımıza təyin olunan penalti komandamıza çox mənfi təsir etdi, futbolçular həvəsdən düşdü. Rəqibi təbrik edirəm. Məqsədimiz Birinci Liqada qalmaqdır. Qarşıda hələ 5 tur var və heç nə bitməyib".
39 yaşlı karyerası ilə bağlı da danışıb:
"Çempionatın ilk dövrəsində daimi oynayırdım. Qış fasiləsində komandaya kifayət qədər futbolçu cəlb etdik. Buna görə də kənara çəkilməyi qərara aldım. Heyətdə yetərincə oyunçu var. Bu mövsüm komandaya baş məşqçi kimi rəhbərlik edirəm. Karyeramla bağlı hələ qərar verməmişəm. Komandamızın növbəti mövsüm hansı liqada çıxış edəcəyi məlum olduqdan sonra qərar verəcəm".
Qeyd edək ki, "Səbail" "Şimal" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.