"Barselona" Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya qarşı keçirilən hər iki oyunun hakim idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi bəyanatında bir sıra hakim qərarlarının oyun qaydalarına uyğun olmadığını, VAR sisteminin isə vacib epizodlara müdaxilə etmədiyini iddia edib.
Klubun fikrincə, yol verilən səhvlər matçların gedişinə və ümumi nəticəyə birbaşa təsir göstərib, həm idman, həm də maliyyə baxımından ciddi zərər yaradıb.
"Barselona" UEFA-dan əvvəlki tələblərin nəzərə alınmasını və hakimlik sisteminin daha ədalətli və şəffaf şəkildə təkmilləşdirilməsini xahiş edib.