"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqası çərçivəsində "Bavariya"ya qarşı keçirilən oyundan sonra azarkeşlərə müraciət edib. Sport24.az xəbər verir ki, fransalı ulduz matçdakı performansı və buraxılan səhvlərlə bağlı komanda yoldaşlarından və tərəfdardan üzr istəyib.
Gərgin keçən qarşılaşmanın ardından özünü günahkar hiss edən gənc oyunçu məsuliyyəti üzərinə götürdüyünü bildirib:
"Mən öz payıma düşən məsuliyyəti qəbul edirəm. Klubumdan və bütün azarkeşlərdən üzr istəyirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Hala Madrid, həmişə!"
Qeyd edək ki, Eduardo Kamavinqa "Bavariya" matçında vaxtı yubatdığına görə ikinci sarı vərəqəni alaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və komandasını çətin vəziyyətdə qoyub.