Marselin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq "Çelsi"də keçirdiyi çətin bir dövr haqqında danışıb. Futbolçu bununla bağlı "yutub" kanaı olan "Tpoopz TV"yə müsahibə verib:

 

"Ora getmək sıradan bir səhv yox, çox böyük yanlışlıq idi. O vaxt "Barselona"da çətin bir dövr keçirirdim. Evim qarət olunmuşdu. "Barselona" bir oyunçunu - məni və ya Memfis Depayı - satmalı idi. Yeganə seçimim isə "Çelsi" idi. Ona görə də dedim ki, "yaxşı, ailəm üçün gedərəm, hətta "Çelsi" olsa belə..." Düşünürdüm ki, bəlkə də hər şey yaxşı olacaq. Olivye Jiru "Arsenal"dan "Çelsi"yə keçdi və onun heç bir problemi yox idi, amma mənim üçün hər şey fərqli oldu.

 

Pyer-Emerik Obameyanq 2022-ci ilin sentyabrında 12 milyon avro qarşılığında "Barselona"dan "Çelsi"yə keçib. O, klubla iki illik müqavilə imzalasa da, bir il sonra pulsuz "Marsel"ə transfer olunub. Hücumçu London klubunda 21 oyun keçirib, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Qeyd edək ki, Obameyanq bu mövsüm "Marsel"in heyətində bütün turnirlərdə 14 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.