PSJ "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla maraqlanmağa davam edir.

Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" hücumçusunu buraxmaq fikrində deyil. İngiltərəli forvardı transfer etmək üçün Paris klubu 100 milyon avrodan çox pul ödəməli olacaq.

Qeyd edək ki, Reşford bu mövsüm İngiltərə Premyer Liqasında Mançester təmsilçisinin heyətində keçirdiyi 24 oyunda, 5 qol vurub, 2 məhsuldar ötürmə edib və 1 dəfə sarı vərəqə ilə cəzalanıb.