PSJ bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyununda "Aston Villa"nın qonağı olacaq. Sport24.az xəbər verir ki, UFC döyüşçüsü Həbib Nurməhəmmədov oyunu arenadan izləyəcək.
Bu barədə dağıstanlı idmançı özü açıqlamasında deyib.
Bu gün keçiriləcək matça saat 23:00-da start veriləcək. İlk oyunda PSJ 3:1 hesablı qələbə qazanıb.