Fransanın PSJ klubu ciddi iti ilə üzləşib.

Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.

İtalyan futbolçu üçün mövsüm bitib. Verrattinin AÇ-2020-yə hazır olub-olmayacağı hələ məlum deyil.

28 yaşlı futbolçu bu mövsüm PSJ ilə 31 oyunda 6 məhsuldar ötürmə ilə yadda qalıb. Paris təmsilçisi Liqa 1-də 2-ci sıradadır.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İtaliya yığması turnirin qrup mərhələsində Türkiyə, Uels və İsveçrə ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.