PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Aston Villa"ya uduzmasına (2:3) baxmayaraq, turnirin yarımfinalına çıxıb və bununla da Fransa klubları arasında bu göstərici üzrə rekorda imza atıb. Sport24.az xəbər verir ki, bu barədə OptaJean statistik portalı məlumat yayıb.

 

Mənbənin məlumatına görə, parislilər tarixi ərzində 9-cu dəfə Çempionlar Liqasının və Avropa Çempionlar Kubokunun  yarımfinalına yüksəlib. Əvvəllər heç bir Fransa klubu bu nailiyyətə imza atmayıb. Bundan əvvəl isə PSJ ilə yanaşı "Marsel" də 8 dəfə turnirin yarımfinalına yüksəlməyi bacarmışdı.

 

Qeyd edək ki, Paris klubu yarımfinalda "Real" – "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.