İtaliya Milli Antidopinq Prokurorluğu Fransa millisinin futbolçusu Pol Poqbanı 4 illik futboldan uzaqlaşdıra bilər.

Sport24.az "France24"ə istinadən xəbər verir ki, onlar dünya çempionu üçün bu müddətə cəza tələb edib.

Buna İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisinin hər 2 dopinq testinin müsbət nəticə verməsi səbəb olub. Onun orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanması təsdiqlənib. Poqba bununla bağlı şərh verməkdən imtina edib.

Futbolçunun hələlik qərardan şikayət üçün vaxtı var. O, günahsız olduğunu sübut edərsə, bu müddət iki dəfə azaldıla bilər.

Qeyd edək ki, İtaliya A seriyasında "Udineze" ilə oyundan (3:0) sonra Poqbadan götürülən analizin nəticəsi sentyabrın 11-də müsbət nəticə verib. O, daha sonra ikinci dəfə test verib.