Paraqvay yığması baş məşqçi Daniel Oskar Qarneronu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu qərar Amerika kuboku-2024-də uğursuz çıxışdan sonra verilib.

 

Komanda turnirdə keçirdiyi hər 3 oyunu məğlubiyyətlə başa vuraraq, qrupda sonuncu yeri tutub. .

 

Paraqvaylılar DÇ-2026-nın seçmə mərhələsində Cənubi Amerika zonasında 6 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıblar.

 

Qeyd edək ki, Paraqvay yığması Qarneronun rəhbərliyi altında keçirdiyi 10 matçda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 6 dəfə uduzub.