"Tottenhem"in keçmiş qapıçısı Alfi Uaytmen 27 yaşında karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Ötən il London klubu ilə Avropa Liqasının qalibi olan Uaytmen klubun akademiyasının yetirməsidir. Lakin "Tottenhem"də olduğu müddətdə heç vaxt əsas komandada debüt edə bilməyib. 

 

Qeyd edək ki, "Tottenhem"dən ayrıldıqdan sonra Uaytmen karyerasını başqa bir klubda davam etdirməyi gözləyirdi. Ancaq təklif almayıb və belədə karyerasını başa vuraraq fotoqraf kimi çalışmağa başlayıb.