"Adətən komandaya yeni baş məşqçi gələndə dəyişikliklər olur. Bi istər oyun planında, istərsə də oyunçuların performansında özünü göstərir. "Neftçi"nin əvvəlki oyunlarda beşli, dünən isə dörd müdafiəçi ilə oynadı". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis "Neftçi"nin Misli Premyer Liqasının 15-ci turunda "Sumqayıt"la xal itirdiyi oyunu şərh edib:

"Hər məşqçinin öz oyun fəlsəfəsi var. "Sumqayıt"la oyunda "ağ-qaralar" 60 dəqiqə yaxşı çıxış etdilər. Gücləri buna çatdı. Vitali Vernidub qarşılaşmadan sonra mətbuat konfransında futbolçuların fiziki cəhətdən tam hazır olmadığını bildirib. Hər itirilən xal "Neftçi"nin avrokuboklara yollanmaq şansını azaldır. Üstəlik də artıq kubokdan kənarda qalıblar. Biz də istəyirik "Neftçi"nin durumu yaxşı olsun. Ukraynada Kiyev "Dinamo"su, Donetsk "Şaxtyor"u avrokuboklarda çıxış edirsə, "Neftçi" də qitəmiqyaslı turnirlərdə olmalıdır".


Qeyd edək ki, Yuri Vernidubun rəhbərliyi altında dünən ilk oyuna çıxan paytaxt təmsilçisi "Sumqayıt"la "sülh" bağlayıb -  2:2.