Türkiyənin "Gənclərbirliyi klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi Metin Diyadinlə anlaşıb.

 

Bu barədə Ankara klubunun mətbuat xidməti məlumat yayıb.

 

57 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Gənclərbirliyi" bir neçə gün öncə Volkan Demirellə yollarını ayırıb. Metin Diyadinin son iş yeri isə "Iğdır" olub.