Afrika Millətlər Kuboku ərəfəsində "Roma" ilə oyunda Assane Diaonun yenidən zədələnməsi Seneqal azarkeşlərini qəzəbləndirib. Sport24.az xəbər verir ki, bu barədə "La gazzetta dello sport" məlumat yayıb.
İspaniyalı baş məşqçi Sesk Fabreqasın futbolçunun müraciətinə cavab vermədiyi iddiası sosial mediada sərt reaksiyalara səbəb olub. Fabreqasın instagram səhifəinə artıq 25 minə yaxın şərh yazılıb. Şərhlərin əksəriyyəti tənqidlər, Seneqal bayraqlarından ibarət olub. Hətta aralarında Fabreqası "Afrika futbolunun düşməni" adlandıranlar da tapılıb.
Qeyd edək ki, seneqallı hücumçu Afrika Millətlər Kubokunun ilk turunda Botsvana ilə oyunu buraxacaq.