"Yuventus" "Marsel"in futbolçusu Pyer-Emil Hoyberqi transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La gazzetta dello sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İtaliya klubu danimarkalı futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.



Qeyd edək ki, Hoyberqin Fransa klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.