Dublin hava limanının rəsmi sosial media hesabı İrlandiya millisinin oyunçusu Troy Parrotun şərəfinə adını dəyişdirib. Sport24.az xəbər verir ki, futbolçu ötən gün DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda Macarıstan üzərində 3-2 hesablı qələbə qazandıqları oyunda het-trik edib.

 

Parrott sonuncu, həlledici qolunu 96-cı dəqiqədə vurub.

 

Qeyd edək ki, bu qələbə ilə İrlandiya F qrupunda ikinci yeri tutub və mundiala vəsiqə uğrunda pley-off mərhələsində oynamaq hüququ qazanıb.