Futbol üzrə Yunanıstan çempionatında 29-cu turun görüşləri keçirilib. Sport24.az xəbər verir ki, "Olimpiakos" bu turda  AEK-i 1:0 hesabı ilə məğlub edərək mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.

 

Bu "Olimpiakos"un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur. Klub bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.

 

Qeyd edək ki, ölkənin bütün digər klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.