"Milan"nın futbolçusu Samuel Çukvueze "Trabzonspor"un transfer təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Post" məlumat yayıb.
Türkiyə klubu 27 yaşlı vingeri bu yay təxminən 15 milyon avroya transfer etməyi planlaşdırırdı. Lakin nigeriyalı futbolçu bu təkliflə razılaşmayıb.
Qeyd edək ki, Çukvueze ötən mövsümü icarə əsasında "Fulhem"də keçirib. O, London təmsilçisinin heyətində bütün turnirlərdə 25 oyuna çıxaraq 3 qol vurub və 4 məhsuldar ötürmə edib.