İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Nevill Fransanın 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İsveç üzərində 3:0 hesablı qələbəsini şərh edib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "ITV"-yə danışıb:

 

"Bu, həqiqətən də böyük bir iddiadır. Onların turnirin favoritləri olduğunu bilirdik, amma görürürük ki, onlar sadəcə rəqibi əzirlər. Mən həmişə oyunlara müdafiə tərəfindən baxıram. Onların start heyətində yer alan dörd hücumçu - Mbappe, Olise, Dembele və Barkola - bu turnirdə istənilən müdafiəçi üçün kabus olacaq. Açığı mən onları necə dayandıra biləcəyimi belə bilmirəm.

 

Bu, fərqli bir səviyyədir. Braziliya son dəqiqədə qalib gəldi, Almaniya və Niderland isə mübarizəni dayandırdı. Fransızlar isə sadəcə bu turda hər kəsə necə oynamağı göstərirlər. Etdikləri hər şeyi inandırıcı şəkildə edirlər. Onları izləmək heyrətamizdir və bu, turnirdə indiyə qədər gördüyüm ən yaxşı performansdır. Hələ uzun bir yol var, amma indi onları izləyərkən düşünürsən ki, Bu turnirdə qalib gəlməsəz, yalnız özünüzü qınaya bilərsiz. Fransa millisinin səviyyəsi bütün digər komandalardan qat-qat yüksəkdir".

 

Qeyd edək ki, Fransa millisi 1/8 final mərhələsində Paraqvayla qarşılaşacaq.