"Dünyanın ən güclü milli komandalarından biri- Almaniya yığmasına qarşı çox çətin oyun keçirdik". Bu sözləri Sport24.az-a açıqlamasında paraqvaylı futbolçu Sezar Meza Kolli ölkəsinin dünya çempionatının 1/16 final mərhələsində Almaniyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlməsi barədə danışarkən deyib.
"Lakin Paraqvay necə oynamalı olduğunu dərk etdi, möhkəm dayandı və növbəti mərhələyə vəsiqə qazandı. Bizi çətin yol gözləyir. Mümkün qədər irəli getməyə çalışacağıq və hər oyuna ayrıca yanaşacağıq. Bu, tamamilə normaldır. Biz favorit deyildik, amma futbolu gözəl edən də elə budur. Meydanda 11 nəfər 11 nəfərə qarşı mübarizə aparır və Paraqvay növbəti mərhələyə yüksəlməyi bacardı", – deyə Yarımmüdafiəçi bildirib.
35 yaşlı oyunçu karyerasını bitirmək istəmədiyini söyləyib: "Yaxşı təkliflər gözləyirəm. Hələ futbol oynamaq istəyirəm".
Qeyd edək ki, Sezar Meza Kolli ölkəmizdə "İnter" (indiki "Şamaxı"), "Zirə" və "Araz-Naxçıvan" komandalarında oynayıb.