I Liqaya vəsiqə qazanan "Xankəndi" klubu maliyyə problemi ilə üzləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin sponsoru yeni mövsüm üçün kluba maliyyə vəsaiti ayırmaq istəmir.
Yaranmış qeyri-müəyyənlik səbəbindən komandanın heyətinin gələcək taleyi də sual altındadır. Hazırda futbolçuların heç biri ilə bağlı yekun qərar verilməyib.
Mənbənin bildirdiyinə əsasən, maliyyə məsələsi həllini tapmayacağı təqdirdə, klubun heyətinin formalaşdırılması prosesi də gecikə bilər.
Qeyd edək ki, "Xankəndi" ötən mövsüm II Liqada çempion olaraq I Liqaya vəsiqə qazanıb.