PSJ futbolçusu Bredli Barkolanı satmağı planlaşdırmır. Sport24.az xəbər verir ki, Fransa çempionu futbolçu ilə "Liverpul" və "Arsenal" başda olmaqla bir neçə Premyer Liqa klubunun maraqlanmasına baxmayaraq, onun komandada qalmasını istəyir.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

23 yaşlı futbolçu daha çox oyun vaxtı əldə etmək istədiyi üçün yeni müqavilə imzalamağa tələsmir və əsas heyətdə daha çox şans qazanmağa çalışır.

PSJ rəhbərliyi isə futbolçunun satışını nəzərdən keçirmir. Klub hesab edir ki, Barkolanın bazar dəyəri mediada göstərilən rəqəmlərdən xeyli yüksəkdir.