Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, ağdamılar günün ilk matçında Ukrayna təmsilçisi "Xarkov" ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.
"Köhlən atlar" günün ikinci görüşündə isə Macarıstan "Ferentsvaroş"unu sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 19:30-a planlaşdırılıb.
Qeyd edək ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni 4:3 hesabı ilə məğlub edib.