Madrid "Atletiko"su "Bayer"in müdafiəçisi Alexandro Qrimaldonun transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə İpaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Ötən gün 30 yaşlı Qrimaldo Madrid klubu müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Transferin ispanlara 22 milyon avroya başa gəldiyi bildirilir.

 

Qeyd edək ki, Qrimaldo ötən mövsüm "Bayer"in heyətində 46 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. Müdafiəçi hazırda DÇ-2026-da iştirak edən İspaniya millisinin düşərgəsindədir.