"Çelsi" "Bornmut"un futbolçusu Eli Junior Kroupini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London təmsilçisi 20 yaşlı futbolçunun nümayəndələri ilə ilkin təmas qurub. Hələlik rəsmi təklif edilməsə də, "Çelsi"nin yaxın vaxtlarda bu istiqamətdə addım atacağı gözlənilir.
Qeyd edək ki, Kroupi 2025/2026 mövsümündə "Bornmut"un heyətində 35 rəsmi matçda 13 qolla yadda qalıb.